Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Çində qabaqcıl “Smartisan T1” smartfonu təqdim edilib
Çinin “Smartisan” startapı “Smartisan T1” smartfonunu satışa çıxarıb.
“ICTnews" elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, “Smartisan T1” smartfonu 5 düymlük Full HD təsvir ölçülü IPS ekranı və 2,5 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 801” prosessoru ilə təchiz edilib. Aparat, həmçinin 2 QB əməli və 16 / 32 QB daxili yaddaş, LTE, GPS çipi və NFC ötürücüsü daxil olmaqla simsiz rabitə modulları dəstinə malikdir. Bundan başqa, 13 və 5 meqapiksellik ön və arxa kameralar mövcuddur. Akkumulyatorun tutumu 2570 milliamper/saat təşkil edir.
“Smartisan T1” smartfonu “Android” mobil əməliyyat sistemi əsasında yaradılmış “Smartisan OS” ilə işləyir. Həm ön, həm də arxa hissədən “Gorilla Glass 3” qoruyucu şüşəsinə malikdir. Aparatın qiyməti 480 dollardır.
Emil Hüseynov
26/05/14 Çap et