Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Naxçıvan Muxtar Respublikasının göstərdiyi informasiya və rabitə xidmətlərinin həcmi 2,1 faiz artıb


Bu ilin yanvar-aprel aylarında  Azərbaycanın Naxçıvan Muxtar Respublikasının göstərdiyi informasiya və rabitə xidmətlərinin həcmi 2,1 faiz artıb.

Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, informasiya cəmiyyətinin inkişafına paralel olaraq davamlı artan informasiya və rabitə xidmətlərinin həcmi 15 milyon 273 min manatdan çox olub, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz çoxdur. Bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi 12 milyon 835 min manatdan çox olmuş və bir il öncəki göstəricini 1 faiz üstələyib.
 
Muxtar Respublikanın iqtisadiyyatının əsas göstəricisi qismində 584 milyon 99 min manatlıq Ümumi Daxi­li Məhsul istehsal olunub, bu da 2013-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 2,3 faiz çoxdur. Ümumi Daxili Məhsulun sahə strukturunda ilk yeri sənaye sahəsi tutmaqdadır.



Aynur Vəliyeva
 




26/05/14    Çap et