Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elektron hökumət” portalında ən çox istifadə olunan e-xidmətlər məlum oldu


2014-cü ilin aprel ayı ərzində "www.e-gov.az" portalı tərəfindən təqdim edilən və vətəndaşlar tərəfindən ən çox istifadə edilən e-xidmətlər məlum olub.
 
Belə ki, bu xidmətlərə:
 >   Daxili İşlər Nazirliyinin təqdim etdiyi
-          Yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatlar.
 > Təhsil Nazirliyinin təqdim etdiyi
-          Diplom haqqında məlumatlar.
 >  Vergilər Nazirliyinin təqdim etdiyi
-          VÖEN-ə görə ödəyicinin axtarılması.
 >   Əmlak Məsələləri Dövlət Komitəsinin təqdim etdiyi
-          Daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatı və ya ləğvi üçün müraciətin və sənədlərin qəbulu.
 >   Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təqdim etdiyi
- Telefon nömrəsi üzrə axtarış;
- Vətəndaşın fərdi məlumatları barədə arayış;
- Mobil cihazların qeydiyyatdan keçirilməsi;
- Cari ay ərzində aparılmış şəhərlərarası və beynəlxalq danışıqlar üzrə məlumat;
- Portal üzərindən verilmiş arayışların yoxlanılması.
 >   Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi
-          Sığortaolunanın onlayn uçota alınması;
-          Sığortaedənin uçot nömrəsinin öyrənilməsi və sığortaolunanın illər üzrə ödənişləri və pensiya kapitalı;
-          Pensiya kalkulyatoru.
 >   Ədliyyə Nazirliyinin təqdim etdiyi
-          Azərbaycan adları barədə məlumatın verilməsi kimi xidmətlər
daxildir.
 
Xatırladaq ki, "www.e-gov.az" portalı Azərbaycan Respublikası Prezidentinin  2008-ci il 11 avqust tarixli  "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)" təsdiq edilməsi haqqında Sərəncamı və "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli Fərmanının qəbulundan sonra hazırlanaraq istifadəyə verilib və əsas məqsədi vətəndaş və dövlət qurumları arasında münasibətləri rahatlaşdırmaqdır.
 
Statistikaya əsasən, 2012-ci ilin dekabrından 2014-cü ilin aprel ayının sonuna qədər portala ümumilikdə 623078 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı isə 341 776 nəfər olub.
Aprel ayının ilk ongünlüyündə "www.e-gov.az" portalının təqdim etdiyi elektron xidmətlərə olan müraciətlərin sayı 1 milyona çatıb.
Portalın xidmətlərindən elektron imza ilə istifadə etmək mümkündür.





26/05/14    Çap et