Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Şifrlənmiş “ProtonMail” elektron poçtu işə salınıb
“ProtonMail” yeni şifrlənmiş elektron poçt sisteminin beta versiyası işə salınıb. İsveçrənin Avropa Nüvə Tədqiqatları Mərkəzinin keçmiş əməkdaşları tərəfindən yaradılmış xidmət “Gmail” kimi internet üzərindən işləyir.
“ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, xidmət sürətlə populyarlaşdığına görə, “Proton Mail” komandası xidmətin beta-versiyasına girişi məhdudlaşdırmalı olub.
Şirkətin serverləri İsveçrədə yerləşir, elə oradada qeydiyyatdan keçirilib. Beləliklə,“ProtonMail” ABŞ və ya Avropa Birliyinin yurisdiksiyasından kənardır və istifadəçilərin məlumatları İsveçrə qanunvericiliyi ilə qorunub.
Emil Hüseynov
26/05/14 Çap et