Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Texas İnstruments” şirkəti öz prosessorlarını satmayacaq


Amerikanın “Texas İnstruments” (Tİ) şirkəti multimedia məsələləri üçün nəzərdə tutulmuş “OMAP” mikroprosessorlarının istehsalı üzrə öz biznesini satmağa hazırlaşmır. Bu barədə “EE Times” redaksiyasına elektron müraciətdə “Tİ” nümayəndəsi bildirib.

"Birdəfəlik demək istəyirəm, bu, sadəcə şayiədir. Onlar həqiqətə uyğun deyil. “Tİ”-nin əvvəlki kimi əsas fəaliyyəti simsiz texnologiya hesab olunur. “OMAP” tətbiqi prosessorları isə bu sahə ilə bağlıdır" - məktubda bildirilib.




20/08/11    Çap et