Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Seysmologiya, mühəndis seysmologiyası və “ANTELOPE” sistemi istifadəçiləri qrupu”nun VI beynəlxalq konfransı keçiriləcək
Bu il mayın 29-da saat 11:00-da Azərbaycan Milli Elmlər Akademiyasında “Seysmologiya, mühəndis seysmologiyası və “ANTELOPE” sistemi istifadəçiləri qrupu"nun VI beynəlxalq konfransının açılış mərasimi keçiriləcək.
Tədbirdə müasir informasiya texnologiyalarının tətbiqi nəticəsində seysmologiya sahəsində əldə olunmuş elmi nəticələr, bina və tikililərdə ərazinin seysmikliyinin nəzərə alınması və “ANTELOPE” sistemi proqramının tətbiqinə dair elmi məruzələr dinləniləcək. Mayın 31-nə qədər davam edəcək konfransın sonuncu günü iştirakçıların Şamaxı rayonuna ekskursiyası nəzərdə tutulur.
Tədbir saat 9:00-da Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarətlə başlayacaq.
Həqiqət İSABALAYEVA
27/05/14 Çap et