Ötən il hər beşinci kompüter virusa yoluxub
“Microsoft” korporasiyası ötən il “Windows” əməliyyat sisteminin idarəetməsi ilə işləyən kompüterləri yoluxduran virus təhlükələri barədə informasiyanı dərc edib. Bu məlumatlar “Windows 8” üçün “Microsoft Security Essentials” və “Windows Defender” proqramlarının statistikasına əsasən tərtib olunub.
Şirkət ekspertləri bildiriblər ki, 2013-cü ildə kompüterlərin 21,44 faizində virus təhlükəsi aşkar olunub, lakin bu göstərici ölkələrə görə ciddi fərqlənir. Belə ki, Pakistanda antivirus məhsulları fərdi kompüterlərin yarısında təhlükələr aşkarlayıb.
ABŞ korporasiyası, həmçinin ötən ilin dördüncü rübünə dair statistikanı ayrıca təqdim edib. Bu məlumatlara görə, 2013-cü ilin sonunda hücuma məruz qalan qurğuların sayına görə lider 49,5 faiz qurğu ilə Tunis olub.
“Bəziləri dünyada bu sahələrdə ən çox təhlükələrin aşkar olunduğunu əsas gətirərək burada daha çox yoluxan qurğuların olmasını düşünə bilər. Lakin təhlükə aşkar olunanda yoluxma mütləq baş verir. Çünki zərərli proqramın qurğunu yoluxdurmaq cəhdi bir neçə mühafizə sistemləri tərəfindən blok edilə bilər”, - korporasiya nümayəndələri qeyd edib.
Kompüterin təhlükəsizliyinin təmini üçün istifadəçilərə vaxtında proqram təminatını, o cümlədən əməliyyat sistemini yeniləmək tövsiyə olunur. Bundan başqa, internet və poçtla işləyən zaman ehtiyatlı olmaq lazımdır. Belə ki, etibarsız mənbələrdən istinadları açmaq və sənədləri yükləmək məsləhət görülmür, - "3DNews
www.3dnews.ru” yazır.