Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

150 dollarlıq yığcam Hindistan smartfonu


Hindistanın “Lava” şirkəti ucuz mobil cihaz həvəskarları üçün yeni “Iris X1” smartfonunu nümayiş etdirib. 854x480 piksel təsvir ölçülü 4,5 düymlük IPS ekranla təchiz edilmiş qurğunun qiyməti 150 dollardan yuxarı olmayacaq.
 
“ICTnews" elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, “Lava Iris X1” smartfonu 1,2 QHs takt tezlikli dördnüvəli prosessor, 1 QB əməli və 4 QB daxili yaddaş (32 QB-dək “microSD” kartı dəstəklənir), 8 və 2 meqapiksellik kameralar, simsiz rabitə modullar  dəsti, GPS və microUSB portu ilə təchiz edilib.
 
Aparata “Android” mobil əməliyyat sisteminin son versiyası quraşdırılıb.
 
Emil Hüseynov




27/05/14    Çap et