Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda türk mütəxəssisləri elektron ticarətlə bağlı master-klas keçəcək


İyunun 7-də Bakıda Türkiyənin aparıcı elektron kommersiya saytlarının nümayəndələri “e-Ticarət Master Class»” keçəcəklər.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbir “Digitera” şirkəti tərəfindən təşkil olunacaq. “Sahibinden.com”, “Markafoni.com”, “Doğan Online”, “Evmanya.com”, “Akakce.com” və “KobiMaster” platformalarının mütəxəssisləri bu sahədə çalışan yerli şirkətlərlə teoretik və praktik biliklərini bölüşəcəklər.
 
Azərbaycan tərəfindən bu tədbirdə elektron ticarət saytları üçün tələb olunan “Retargeting by spot.az” məhsulunun təqdimatının keçirilməsi gözlənilir.
 
Tədbir çərçivəsində elektron ticarətə ümumi baxış, elektron ticarətdə tətbiq edilən biznes-modellər, brendin tanıdılması, logistika və operativ idarəetmə, biznes-plan, müştəri təcrübəsinin yaradılması kimi məsələlər müzakirə olunacaq.
 
Aynur Vəliyeva




27/05/14    Çap et