Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanlı mütəxəssislər Almaniyada “Implus” EPR sistemində təcrübə proqramında iştirak ediblər
Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun mütəxəssisləri Almaniyada “Bruker Biospin” şirkətinin təşkil etdiyi “Implus” EPR (Elektron Paromaqnit Rezonansı) sistemində təcrübə proqramında iştirak ediblər.
Fizika İnstitutundan verilən məlumata görə, Karlsrue şəhərində aparılan təcrübə proqramının iştirakçıları Biopolimerlərin və toksinlərin spektroskopiyası laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor Oqtay Qasımov və fizika-riyaziyyat elmləri namizədi Rasim Aslanovdur.
Ongünlük təlim müddətində EPR cihazı həm elmi, həm də praktiki cəhətdən öyrənilib.
Ezamiyyət Almaniyanın “Bruker” şirkəti, Elm Fondunun qrantı olan və institutun direktoru, fizika-riyaziyyat elmləri doktoru Nazim Məmmədovun rəhbəri olduğu “Yeni nəsil texnologiyalar üçün spin-polyarlaşmış və spin-nişanlanmış sistemlər” pilot layihəsi çərçivəsində maliyyələşdirilib.
Təlimin sonunda O.Qasımov və R.Aslanova sertifikat təqdim olunub.
HƏQİQƏT
27/05/14 Çap et