Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çin banklarına milli serverlərdən istifadə tövsiyə edilir


“Bloomberg” agentliyi yazır ki, Çin hökuməti yerli bankları milli istehsal serverlərindən istifadəyə səsləyir.

Xatırladaq ki, hazırda “International Business Machines Corp” (IBM) serverlərindən istifadə olunur.
 
“ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, agentlik bu addımı Çin ərazisində fəaliyyət göstərən ABŞ konsaltinq şirkətlərinin casusluqda ittiham olunması ilə əlaqələndirir.
 
Emil Hüseynov




27/05/14    Çap et