Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google” istifadəçilərin evlərini müşahidə etmək istəyir
“Google” şirkətinin “Nest” bölməsi “Dropcam” videokameralar istehsalçısını satın almaq imkanını nəzərdən keçirir.
Bununla da mühafizə texnologiyaları bazarına çıxaraq müştərilərə ev üçün videomüşahidə sistemini təklif etmək istəyir. Bu haqda “The Information” texnologiya bloqu məlumat yayıb.
“ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Google”un yanvarda 3.2 milyard dollara satın aldığı “Nest” şirkəti hazırda elektrik enerjisi, tüstü və karbon qazı ötürücüsü ilə təchiz edilmiş məişət termostatları buraxır.
“Dropcam” texnologiyasının satın alınması “Nest” şirkətini öz məhsul xəttini videomüşahidə sistemləri ilə genişləndirməyə imkan verəcək. “Dropcam” videoçəkilişi kompüter və mobil qurğulara yayımlayan internetə qoşulu 150 dollarlıq kameralar istehsal edir.
Emil Hüseynov
27/05/14 Çap et