Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elektron hökumət” portalına xaricdə təhsillə bağlı e-xidmət əlavə olunub


Təhsil Nazirliyinin yeni bir elektron xidməti "Elektron hökumət" (www.e-gov.az) portalına inteqrasiya edilib.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, artıq "2007/2015-ci illərdə Azərbaycan Gənclərinin Xarici Ölkələrdə Təhsili üzrə Dövlət Proqramı üçün elektron ərizə" xidməti  də portal üzərindən göstəriləcək.

Bu xidmət vasitəsilə gənclər adıçəkilən Dövlət Proqramına elektron qaydada rahat və asan şəkildə müraciət etmək imkanı əldə edirlər.

Məlumat üçün bildirək ki, xidmətdən istifadə zamanı ilk növbədə qeydiyyatdan keçmək tələb olunur. Namizədlər elektron ərizənin doldurulması üçün mütəmadi istifadə etdikləri elektron poçt ilə qeydiyyatdan keçməlidir. Bir elektron poçt ünvanından istifadə edərək yalnız bir dəfə qeydiyyatdan keçmək mümkündür. Elektron ərizənin mövcud vəziyyətinə dair yeniliklər bu ünvana göndəriləcək.

Cahangir




27/05/14    Çap et