Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çox yüksək təsvir ölçülü monitorların tədarükü artır


2013-cü ildən yüksək təsvir ölçülü bütün displey sahəsinin diqqət mərkəzindədir. İlk öncə televizor istehsalçıları bu tendensiyaya qoşulublar, daha sonra kompüter monitor tədarükçüləri onlara qoşulub.
 
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ötən il 3840x2160 piksel təsvir ölçülü ilk maye kristal ekranlar bazara çıxarılıb, amma yüksək qiymətinə görə tədarük həcmi az olub.
 
2014-cü ilin birinci rübündə Tayvanın “Innolux” istehsalçısı çox yüksək təsvir ölçülü monitorlar üçün 28 düymlük panellər nümayiş etdirib.
 
4K2K formatlı 28 düymlük maye kristal ekranlar artıq “Dell”, “Samsung”, “ASUS”, “Lenovo”, “Philips” və “AOC” şirkətlərinin assortimentində var. Tezliklə “Acer”, “HP” və “ViewSonic” şirkətləri ilə bu siyahıda yer alacaq. Mütəxəssislərin məlumatına görə, belə monitorların pərakəndə qiyməti 699-799 dollar arasında dəyişilir.
 
Emil Hüseynov
 




27/05/14    Çap et