Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bakcell”in abunəçilərinin sayı 2.5 milyonu keçib


Gündəlik mobil telefon istifadəçisi olan aktiv “Bakcell” abunəçilərinin sayı 2.5 milyonu keçib və bu rəqəm artmaqda davam edir. Bu barədə məlumatı “Bakcell”in Baş icraçı direktoru, cənab Riçard Şirer verib. Onun sözlərinə görə, “Bakcell” şəbəkəsinin yüksək tutumu çoxsaylı zənglərin yüksək keyfiyyətlə və heç bir şəbəkə itməsi olmadan yüksək siqnalla qəbul edilməsinə imkan yaradır.
Bundan əlavə, “Bakcell” şəbəkəsi bütün ölkə üzrə mobil data və internet xidmətlərini təklif edir. “Bakcell” şirkəti rəqəmsal xidmətlərini, bu cür xidmətlərin əhatə dairəsini məhdudlaşdıran bəzi digər şəbəkələrdən fərqli olaraq, bütün Azərbaycan ərazisində istifadə üçün mümkün edib.




06/06/11    Çap et