Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google”un həmtəsisçisi “Google+” sosial şəbəkəsi üzərində işini uğursuz adlandırıb


"Google" şirkətinin həmtəsisçisi Serqey Brin etiraf edib ki, "Google+" sosial şəbəkə layihəsi üzərində iş onun üçün səhv olub. O, bu haqda "Code" konfransında deyib.

"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, Brinin sözlərinə görə, sosial şəbəkə üzərində iş onun üçün səhv olub, çünki o, heç də sosial insan deyil. "Google"un həmtəsisçisi deyib ki, məsələn, o, "Google+" şəbəkəsindən uşaqlarının şəkillərini ailəsinə nümayiş etdirmək üçün istifadə edib.

Xatırladaq ki, Serqey Brin şirkətin hazırkı baş direktoru Larri Peyc ilə birgə 1998-ci ildə "Google" şirkətini təsis ediblər. Hazırda o, "Google X" məxfi laboratoriyasında innovasiya həlləri ilə məşğul olur. Brin "Code" konfransında sürücüsüz avtomobil prototipini nümayiş etdirib.

"Google+" sosial şəbəkəsi 2011-ci ilin iyununda "Facebook"a rəqib kimi çıxarılıb. "Google+" sosial şəbəkəsinin aylıq auditoriyası təxminən 300 milyon istifadəçi təşkil edir.

Emil Hüseynov




29/05/14    Çap et