Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkəti “Beats Electronics” qulaqcıq istehsalçısını və “Beats Music” xidmətini satın alıb


ABŞ-ın “Apple” şirkəti “Beats Electronics” qulaqcıq istehsalçısını və “Beats Music” musiqi xidmətini 3 milyard dollara satın alıb.

“ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, sazişə əsasən, Cimmi Ayovin və məşhur reper Dr.Dre “Apple” şirkətində işləyəcək.

Xatırladaq ki, “Beats Electronics” bahalı qulaqcıqlar, audiokolonka və proqram təminatı hazırlayır, həmçinin istifadəçilərə abunə haqqı ödəməklə rəqəmli fonotekaya çıxış təklif edən məşhur “Beats Music” onlayn xidmətini idarə edir.

Emil Hüseynov
 




29/05/14    Çap et