Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” şirkəti sağlamlıq platforması yaradıb


“Samsung” şirkəti sağlamlıq üçün “Sami” izləmə platformasını nümayiş etdirib. Beləliklə, Koreya korporasiyası “Apple” şirkətini qabaqlayıb, sonuncu bu cür sistemi növbəti həftə “WWDC” konfransında nümayiş etdirəcək.
 
“ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Sami” (Samsung Architecture Multimedia Interactions) platforması daşınan ötürücülərin köməyi ilə insanın sağlamlığı haqda məlumatın toplanılmasına hesablanıb. Bundan sonra toplanılmış məlumatlar “bulud” saxlancına verilir ki, burada da mütəxəssislər tərəfindən təhlil edilə bilər.
 
Daşınan elektronika müasir trenddir. “IDC” analitik şirkətinin proqnozuna görə, 2014-cü ildə bu tip qurğuların satış həcmi üç dəfə artaraq 19 milyon təşkil edəcək.
 
Emil Hüseynov
 




29/05/14    Çap et