Avropada ilk “Ultra HD” kanalı açılır
Avropada Cənubi Koreya və Yaponiyanın ardınca "Ultra HD” formatlı (4K) ilk televiziya kanalı açılır. Belə ki, Avropanın “Eutelsat” peyk operatoru HEVC kod standartından istifadə edilməklə 50 QHs kadr tezliyində ilk "Ultra HD” kanalını sınaq rejimində istifadəyə verib. Rəqəmli təsvir 10 bitlik rəng əsasında kodlaşdırılacaq.
"Ultra HD” formatlı telekanalın qəbulu üçün teleqəbuledici və ya DVB-S2 və HEVC standart kodu ilə uyğunluq təşkil edən “HDMI 2.0” interfeysli “Ultra HD” televizor tələb olunur. Bu tələblərə misal üçün “Panasonic AX800” televizoru cavab verir. Bu zaman peyk antenası “Hotbird” (13° East) peykinə yönəldilməlidir.
Qeyd edək ki, “Ultra HD” panelləri 3840х2160 piksel təsvir ölçüsünü dəstəkləyir ki, bu da “Full HD” (1920х1080) formatından 4 dəfə çoxdur. Belə televizorları artıq "Samsung”, “LG”, “Toshiba”, “Sharp”, “Sony”, “Panasonic” şirkətləri istehsal edir, - "HDTV
www.hdtv.ru” yazır.