Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2018-ci ildə orta səviyyəli smartfonun qiyməti 267 dollar təşkil edəcək
2018-ci ildə bazara 1,8 milyard smartfon tədarük ediləcək ki, bu da 2013-cü illə müqayisədə 21% çoxdur. Bu halda smartfonun orta qiyməti 314-dən 267 dollaradək azalacaq.
“ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, ekspertlər hesab edirlər ki, smartfonların qiyməti hər şeydən əvvəl komponentlərin qiymətinin azalmasına görə, həmçinin inkişaf etməkdə olan bazarlarda ucuz cihazlara olan böyük tələbat sayəsində ucuzlaşır.
2014-cü ilin sonunda “Android” platforması qlobal smartfon bazarının 80,2%-nə, amma 2018-ci ilədək bu göstərici “Windows Phone” platformasının populyarlığının artmasına görə 77.6%-ə düşəcək. Analitiklərin proqnozuna görə, o vaxtadək “Android” smartfonunun orta pərakəndə qiyməti 254-dən 215 dollaradək azalacaq.
Emil Hüseynov
29/05/14 Çap et