Bakı bulvarı pulsuz “Wi-Fi” çıxışı ilə təmin edilib
Bakıda Dənizkənarı Milli Parkın ərazisində yerləşən restoran və kafelər “Wi-Fi” şəbəkəsinə ödənişsiz çıxışla təmin olunublar. Bu barədə Dənizkənarı Milli Park İdarəsindən bildiriblər.
Söhbət hər kəsin internet şəbəkəsinə ödənişsiz girişdən istifadə edə biləcəyi ayrı-ayrı giriş nöqtələrindən gedir. Parkın bütün ərazisində simsiz “Wi-Fi” açılması layihəsinə gəldikdə, hazırda bu, reallaşma mərhələsindədir. Layihə çərçivəsində ilkin sınaqdan keçmiş zəruri avadanlıqlar quraşdırılıb.
Hazırda başlıca vəzifə parkın bütün ərazisində internet şəbəkəsinə davamlı çıxışın təmin edilməsi, eləcə də son istifadəçiyə göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasıdır. Layihəyə Azərbaycanın internet xidmətlərinin tədarükçüləri cəlb olunacaqlar.
“Wi-Fi” texnologiyalarına simsiz çıxış istifadəçilər üçün daha əlverişlidir. Belə ki, bazarda bu standartı dəstəkləyən çoxlu qurğular (noutbuk, telefon, smartfonlar) var.
“
www.trend.az”