Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Cihazqayırma sahəsində ən son yeniliklərə dair seminar davam edir


Almaniyanın “Bruker” şirkəti tərəfindən AMEA Fizika İnstitutunda keçirilən cihazqayırma sahəsində ən son yeniliklərə dair seminar davam edir.
 
 
Seminar Nüvə Maqnit Rezonansı (NMR), Elektron Paramaqnit Rezonansı (EPR), rentgen difraktometriyası, infraqırmızı və kombinassion səpilmə spektroskopiyası və mikroskopiyası sahəsində analizin müasir analitik üsulları və gələcək inkişafına həsr olunub.
 
İnstitutdan bildirilib ki, tədbirdə şirkətin nümayəndəsi Vasili Pribora “Müasir rentgen difraktometriya və spektrometriyası”, Biospin bölməsinin nümayəndəsi Denis Kuzniçov “Bruker şirkətinin EPR spektroskopiyasının problemlərinin həlli üçün gördüyü qabaqcıl tədbirlər”, Optika bölməsinin nümayəndəsi Aleksandr Lapşin “Raman spektroskopiyasının müasir metodları” və digərləri müxtəlif mövzularda məruzələrlə çıxış edəcək.
 
 
 
Həqiqət İSABALAYEVA




30/05/14    Çap et