Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi saytını “User Friendly” proqramına əsasən yenidən qurur


Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (CERT) saytının yenidənqurması istiqamətində işlər aparır.
 
CERT-in əməkdaşı Tural Məmmədovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, saytın yeni versiyası “User Friendly” proqramı üzərində tərtib ediləcək.
 
“Bu proqram saytın istifadəçiyə daha yaxın olmasını nəzərdə tutur. Saytda videoqalereya, fərdi istifadəçinin istifadə etdiyi kompüterin və ya mobil qurğunun təhlükəsizliyinin təmin edilməsi və problemlərin aradan qaldırılması üçün məsləhətlərdən ibarət olan dərsliklər, fişinq hücumlarının sayını əks edən statistika və bir sıra digər istifadəçi üçün maraqlı və faydalı bölmələr olacaq”, - deyə o bildirib.
 
Aynur Vəliyeva
 




30/05/14    Çap et