Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Fabletlər planşetlərin satışına mane olur
“International Data Corporation” (IDC) tədqiqat şirkəti planşet kompüterlərin illik tədarük həcmi üzrə proqnozunu 5,9% azaldıb. Bunu bu məhsula aşağı tələbatla izah edib.
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2014-cü ildə ekspertlər hesab edirlər ki, 245,4 milyon planşet tədarük ediləcək. Əvvəlki proqnoza görə, bu göstərici 260,9 milyon təşkil edib Cari ildə planşet bazarının həcmi ötən illə müqayisədə 12,1% artacaq. 2013-cü ildə artım 52% olub.
“IDC”-nin analitiki Tom Meynelli deyib ki, bu bazarda əsas problemlərdən biri məhsul bolluğudur. Belə qurğu almaq istəyənlərin əksəriyyəti artıq ona sahibdir. "Onlar yeni planşeti aldıqda köhnəsini ailə üzvünə verirlər" – ekspert deyib.
Bundan başqa, fabletlər (5.5 düymdən yuxarı ekranla təchiz edilmiş smartfonlar) planşetlərə tələbatı azaldır.
2013-cü ildə qlobal smartfon bazarında fabletlərin payı iki dəfə artıb. Ötən il bu məhsulun tədarük həcmi 30 milyonu ötüb.
Emil Hüseynov
30/05/14 Çap et