Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft Azerbaijan” şirkəti “Ofis hər yerdə” aksiyasını reallaşdırır


Bu gün "Microsoft Azerbaijan" şirkəti Bakının mərkəzində yerləşən Fəvvarələr meydanında "Ofis hər yerdə" təşəbbüsünü reallaşdırır.
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, aksiya çərçivəsində "Microsoft Azerbaijan"ın bütün əməkdaşları noutbuklarını özləri ilə götürüb ofisi tərk edərək və iş gününü Bakıda yerləşən kafelərin birində keçirirlər.
 
Şirkətin əsas məqsədi hamını onlara qoşulmağa dəvət edərək, iş gününü ofisdən kənarda – park və ya kafedə keçirməyə cəlb etməkdir. Təşəbbüsə qoşulanlar sosial şəbəkələrdə özlərini "#ofisheryerde" heşteqi ilə qeyd edərək, həmin günü ofisdən kənarda işlədiklərini bildirə bilərlər. Bu aksiya Azərbaycanla yanaşı, Moldova və Qırğızıstanda də təşkil olunub və tədbir çərçivəsində yerli ofisin əməkdaşları bu ölkələrdə yerləşən "Microsoft" ofislərinin əməkdaşları ilə videokonfrans əlaqəsi yaradıblar.
 
"Microsoft" korporasiyasının əsas missiyası insanların öz məqsədlərinə çatması üçün onlara texnologiyanın istifadəsində yardım göstərməkdir. İnsanlar istədikləri resursları əldə etdikləri zaman son dərəcə yaxşı şeylər baş verir və "Microsoft" uzun illər zamanı ayrıca şəxslərin və cəmiyyətin potensialını alışdırmaq üçün texnologiyalardan istifadə edir – istənilən vaxt, istənilən yerdə.
 
Qeyd edək ki, yüksəksürətli internetə çıxışı olmayan tələbələr, yeniyetmələr və mobil işçilər üçün bu cür parklarda, kafelərdə açıq "Wi-Fi" xidmətinə çıxış böyük dəstək ola bilər.
 
Aynur Vəliyeva
 




30/05/14    Çap et