Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakı parketmə terminallarında bank kartlarının qəbuluna başlanılır


Bakı Şəhər İcra Hakimiyyətinin paytaxtın mərkəzində yerləşən parkinq terminallarında yaxın zamanda kartla ödənişlərin qəbuluna başlanılacaq.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, hazırda bu terminallarda parketmə ödənişləri yalnız qəpiklə qəbul edilir. Terminallarda xidmət edən əməkdaşların sözlərinə əsasən, yaxın bir ay ərzində terminallarda ödənişlər artıq bank kartları vasitəsi ilə qəbul ediləcək.
 
Qeyd edə ki, hazırkı parketmə  tarifləri 30 dəqiqə üçün 0,50 manat, 1 saat üçün 1 manat, 2 saat üçün 2 manat, 3 saat üçün 3 manat, 4 saat üçün isə 4 manatdır. Terminallar kağız pul qəbul etmədiyindən istifadəçilər böyük ödənişləri xırdalayaraq ödəməli olurlar.
 
Aynur Vəliyeva
 




30/05/14    Çap et