Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Valideynlərin 86%-i sosial şəbəkələrdə uşaqlarını izləyir


“ESET” şirkətinin tədqiqat materialına əsasən, valideynlərin 86%-i sosial şəbəkələrdə yetkinlik yaşına çatmamış uşaqların davranışını izləyir.

“ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, rusiyalı yeniyetmələrinin əksəriyyəti "VKontakte" sosial şəbəkəsində qeydiyyatdan keçib.

Böyük Britaniyada valideynlərin davranışı Rusiyadan heç də çox fərqlənmir. Belə ki “The Guardian” nəşrinin sorğusuna görə britaniyalı valideynlərin 53%-i parolları əldə edərək uşaqlardan xəbərsiz profilləri yoxlayırlar.

Emil Hüseynov 





31/05/14    Çap et