“Oppo” şirkəti dönən kamera ilə təchiz edilmiş “N1 Mini” smartfonunu nümayiş etdirib
Çinin “Oppo” şirkəti dönən fotomodulla təchiz edilmiş “N1 Mini” smartfonunu nümayiş etdirib. Aparat HD təsvir ölçülü 5 düymlük ekran, 13 meqapiksellik Sony kamerası ilə təchiz edilib və LTE şəbəkəsini dəstəkləyir. Cihazın batareyasının tutumu 2140 milliamper/saar, çəkisi 150 qram təşkil edir.
“ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Oppo N1 Mini” smartfonunun özəlliyi 206 dərəcə dönə bilən kamerasıdır.
“Oppo N1 Mini” iyunun 11-də smartfonunun satışlarına başlanılacaq. Qiyməti hələ ki məlum deyil.
Emil Hüseynov