Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Skype” qrup zəngləri xidmətini alır


Məşhur “VoİP” xidməti “Skype” mobil telefonlarda qrup ünsiyyəti üçün “GroupMe” startapını alması haqqında razılaşdığını elan edib. Sazişin maliyyə şərtləri açıqlanmayıb,- “TechCrunch” bildirib. “GroupMe” startapı keçən il sahibkarlar “Cared Heçt” və “Stiv Martoççi” tərəfindən yaradılıb.

Bu xidmət istifadəçilərə mobil telefonda öz əlaqələrindən tez bir zamanda istifadəçi qruplarını yaratmağa, mətn mesajlarını ayrı qruplara göndərməyə və səs konfransları yaratmağa imkan verir.

“Skype” nümayəndələrinin sözlərinə görə, sazişdən dərhal sonra “GroupMe” xidməti ayrı layihə kimi işləməyə davam edəcək, ancaq tərəflər gələcəkdə inteqrasiya imkanlarını nəzərdə tuturlar.




22/08/11    Çap et