Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə təşkil edilən “Ən yaxşı bloq” müsabiqəsinin qalibləri mükafatlandırıldı
Təhsil Nazirliyi Təhsil Problemləri İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə təşkil edilən "Ən yaxşı bloq" müsabiqəsi qaliblərini mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov çıxış edərək bildirib ki, müxtəlif fənlərdən dərs deyən, tədris bacarıqları ilə seçilən müəllimlərin müəyyənləşdirilməsində bu cür müsabiqələrin keçirilməsi xüsusi rol oynayır.
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda öz əksini tapmış
təhsildə yeni pedaqoji və informasiya texnologiyaları üsulları barədə müəllimlərin bilik, bacarıqlarının yüksəldilməsinə təkan verə biləcək belə tədbirlərin keçirilməsinin davamlı olacağını vurğulayıb. Natiq müxtəlif fənlər üzrə hazırlanan bloqların yaradılmasının internetdə azərbaycandilli elektron təhsil resurslarının artmasına və onların zənginləşdirilməsinə kömək olduğunu bildirib.
Tədbirdə Təhsil Problemləri İnstitutunun direktor müavini Ənvər Abbasov, "Demokratik Gənclər" İctimai Birliyinin direktoru Ramil Süleymanov, müsabiqənin Təşkilat Komitəsinin üzvləri əməkdar müəllim Almaz Həsrət, Vəfa Vəliyeva, Könül Təhməzova, Bakı, Sumqayıt, Zaqatala, Şəki, Şamaxı, Şirvan, Şəmkir, Göygöl, Hacıqabul, Qax, Sabirabad, Mingəçevir, Ağdaş şəhərindən gəlmiş müsabiqə qalibləri, mətbuat nümayəndələri də iştirak ediblər. Qeyd edilib ki, Təhsil Nazirliyi Təhsil Problemləri İnstitutu və "Demokratik Gənclər" İctimai Birliyinin birgə təşkil etdiyi "Ən yaxşı bloq" müsabiqəsinə Azərbaycanın müxtəlif şəhər və rayonlarından 50-yə qədər iş təqdim olunub. Müsabiqənin şərtlərinə uyğun olaraq onlardan 39-u seçilib.
Müsabiqənin şərtlərinə görə, hazırlanan işlər "Blogspot.com" saytında hazırlanmalı; hazırlanan bloqda Heydər Əliyev və Müasir Azərbaycan Təhsili bölməsi öz əksini tapmalı idi. Bloqda öz əksini tapan bütün məlumatlar əgər özü tərəfindən deyil, digər bir insan tərəfindən hazırlanıbsa, o zaman müəlliflik hüquqlarının qorunmasına diqqət yetirilməli, istifadə edilmiş hər materialın mənbələrinə istinad mütləq göstərilməli idi.
Qaliblərə aşağıdakı nominasiyalar üzrə "Uğur" diplomları və iştirakçı diplomları təqdim olunub.
"Ən yaxşı dizayn" nominasiyası üzrə:
I yer
- Vasif Ramazanov, Sumqayıt şəhəri, Fars İngilis Dilləri Təmayüllü İnternat məktəb,
http://vasiframazanov.blogspot.com/
- Məmmədova Vəfa, Bakı şəhəri, 155 nömrəli tam orta məktəb,
http://yaradicimuallim.blogspot.com/ ,
II yer
Esmira Əhmədova, Şəki şəhəri, 11 nömrəli tam orta məktəb,
http://esmira84.blogspot.com/
III yer
Əlizadə İranə, Zaqatala rayonu, Humanitar fənlər gimnaziyası,
http://Tarixinfoblogspot.com
IV yer
Alqış Həsrətov, Qax rayonu, Qorağan kənd tam orta məktəbi,
http://umummillilider.blogspot.com/
Nərgiz Məmmədova, Bakı şəhəri, 190 saylı tam orta məktəb,
http://ibtidaisinif190.blogspot.com/
İsrafilova Gülbəniz, Şəki şəhəri, 3 saylı tam orta məktəb,
http://gulbenizisrafilova.blogspot.com
Səbinə Əliyeva, Bakı şəhəri, 64 saylı tam orta məktəb,
http://sebine64.blogspot.com/
"Ən yaxşı məzmun" nominasiyası üzrə:
I yer
Nərmin Musayeva, Şəki şəhəri, 5 saylı orta məktəb,
http://ana-dilim.blogspot.com/
II yer
Dilşad Şeyxzadə, Bakı şəhəri, 102 saylı tam orta məktəb,
http://tumurcuq.blogspot.com/
III yer
Aygün Göyüşova, Şəki şəhəri, 11 saylı tam orta məktəb,
http://aygungoyusova.blogspot.com/
IV yer
Əlizadə İranə, Zaqatala rayonu, Humanitar fənlər gimnaziyası,
http://Tarixinfoblogspot.com
Natəvan Musayeva, Mingəçevir şəhəri, 4 saylı tam orta məktəb
http://Riyaziyyatinformatikablogspot.com
Hüseynova Arzu, Bakı şəhəri, 300 saylı tam orta məktəb,
http://arzuhuseynova300.blogspot.com/
Pərvanə Hətəmova, Şirvan şəhər, M.İsrafilov adına 18 saylı təbiət humanitar təmayüllü məktəb,
http://hatamova-geogrphy1.blogspot.com
"Ən yaxşı veb resurs" nominasiyası üzrə:
I yer
Qəribova Şəhla, Şamaxı şəhər, 10 saylı tam orta məktəb,
http://iktmuhendis.blogspot.com/p/qalereya_22.html
II yer
Könül Əliyeva, Zaqatala rayonu, Tala kəndi, 5 saylı tam orta məktəb,
http://tarixinizleri.blogspot.com/
III yer
Təranə Abbasova, Bakı şəhəri , 240 saylı məktəb,
http://Myenglishpagewithtaranaabbasovablogspot.com
IV yer
Əsədova Məlihə, Bakı şəhəri, 111 saylı tam orta məktəb,
http://meliheesedova.blogspot.com/
Gültəkin Mustafayeva, Bakı şəhəri, Zəngi liseyi
http://gultekinmustafayeva.blogspot.com/
Xanım Sadıqzadə, Bakı şəhəri, 255 saylı tam orta məktəb
http://tehsilvetereqqi.blogspot.com/
Leyla Bayramova, Ağdaş şəhər, 7 saylı tam orta məktəb,
http://tarixdersleri.blogspot.com/
"Xüsusi BLOQÇU nominasiyası" üzrə ən yüksək bal toplayan
Mircamal Haşımov - Sabirabad rayonu, 2 saylı tam orta məktəb,
http://Veboxublogspot.com
Aliyə Əhmədova – Sumqayıt şəhər, 1 saylı tam orta məktəb,
http://asanfizika.blogspot.com/
"Ən fəal tələbə və ən fəal şagird nominasiyası" üzrə
Yusif İbrahimov, Şəki şəhəri, 5 saylı tam orta məktəbin 8-ci sinif şagirdi, http://Azərbaycantəhsiliblogspot.com
Nuran Murşüdzadə - Şəki rayonu, AMİ Şəki filialının tələbəsi
Həqiqət İSABALAYEVA