Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2018-ci ilədək 10 Qbit/san-lik “WLAN” şəbəkəsi yaradılacaq


2015-ci ildə yeni simsiz rabitə standartının təqdim edilməsi gözlənilir ki, bu da ev “WLAN” şəbəkələrində informasiyanın ötürülmə sürətini 7 Qbit/san-dək artıracaq. Çinin “Huawei Technology” şirkətinin rəsmiləri  isə bildirib ki, 2018-ci ilədək şirkət 802.11ax standartını dəstəkləyən və informasiyanın ötürülmə sürəti 10 Qbit/san. təşkil edən avadanlıq istehsal edəcək.
 
 
“ICTnews" elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, istehsalçı məlumat verib ki, ötən həftə yeni standart əsasında işləyən avadanlığı sınaqdan keçirib və 5 QHs işçi tezlikdə 10,53 Qbit/san. sürətinə nail olunub.
 
Emil Hüseynov




02/06/14    Çap et