Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İranda britaniyalıya 20 il iş verilib


“The Independent” nəşri yazır ki, Böyük Britaniya vətəndaşı İran məhkəməsi tərəfindən 20 illik həbs cəzasına məhkum edilib. 47 yaşlı Ruya Saberi Necad Nobaxt islam dinini təhqir etdiyinə görə həbs edilib. İstintaqın versiyasına görə, o, İranda yaşayan qohumlarını ziyarət edərkən “Facebook” sosial şəbəkəsində hökumət ünvanına təhqiredici şərh yazıb.
 
“ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, məhkumun həyat yoldaşı qorxur ki, hökm ölüm cəzasına dəyişdirilə bilər. O deyib ki, həyat yoldaşı təzyiq altında cinayət törətdiyini etiraf edib.
 
Nobaxt və onun əri ikili vətəndaşlığa malikdir. Onlar son 6 ili İngiltərədə yaşayıblar.
 
Xatırladaq ki, 2009-cu ildən İranda “Facebook”, “Twitter” və “YouTube” resurslarına giriş qadağan edilib.
 
Emil Hüseynov




02/06/14    Çap et