Çin istehsalçısı “Ultra HD” televizorlar bazarında ikinci yerə yüksəlib
Çinin “Hisense” şirkəti dünya “Ultra HD” formatlı (4K) televizorlar bazarında satış həcmini genişləndirərək 2014-cü ilin birinci rübündə ikinci yerə yüksəlib.
Bu barədə “DisplaySearch” analitik şirkətinin hesabatında deyilir. Birinci yeri 16 faizlik bazar payı ilə Cənubi Koreyanın “Samsung” şirkəti tutur. Bu, 2013-cü ilin 10,2 faizlik göstəricisi ilə müqayisədə böyük uğur hesab edilir.
Televizorların ümumi satış həcminə görə, “Hinsense” 6,4 faiz bazar payı ilə dünya reytinqində dördüncü yerdə qərarlaşıb.
Hesabata əsasən, 2013-cü ildə dünyada 1,6 milyon “4K” formatlı televizor satılıb ki, bunun da 1 milyonu dördüncü rübün payına düşüb. Artım getdikcə daha çox əhəmiyyət kəsb edən Çin bazarının inkişafı ilə izah olunur.
Qeyd edək ki, ilk dəfə 2012-ci ilin üçüncü rübündə bazara çıxarılan “4K” formatlı televizorlar 3840х 2160 piksel yüksək təsvir ölçüsünü dəstəkləyir ki, bu da “Full HD” formatlı modellərin təsvir ölçüsündən 4 dəfə çoxdur. “IHS” analitik şirkətinin qiymətləndirməsinə görə, 5 ildən sonra “UHD” televizorların tədarükü 24 milyon ədədə çataraq buraxılan ümumi televizorların həcmində payı 10 faiz təşkil edəcək, - "HDTV
www.hdtv.ru” yazır.