Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanın iki ali məktəbi proqramlaşdırma üzrə beynəlxalq olimpiadada uğur qazanıb
Gürcüstanın Tiflis şəhərində yerləşən Gürcüstan Texniki Universitetində proqramlaşdırma üzrə “Bekau 2014 kuboku” Beynəlxalq Olimpiadası keçirilib.
Azərbaycan Texniki Universitetindən (AzTU) verilən məlumata görə, 8 ölkədən 103 komandanın iştirak etdiyi yarışlara respublikamızdan AzTU, Qafqaz Universiteti, Bakı Ali Neft Məktəbi və Naxçıvan Dövlət Universitetinin komandaları qatılıb.
AzTU-dan Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, dosent Natiq Əhmədovun rəhbərliyi ilə “İnformatika texnologiyaları və proqramlaşdırma” kafedrasının assistenti Vüqar Hüseynli, “Avtomatika və kompüter texnikası” fakültəsinin II kurs tələbəsi Tərlan Abdullayev, həmin fakültənin III kurs tələbəsi Abdülxaliq Emçiyev iştirak ediblər.
Azərbaycan komandaları arasında AzTU və Qafqaz Universitetinin komandaları ən yüksək nəticələr əldə edib. Göstərdikləri nəticələrə görə komandalara sertifikat təqdim olunub.
CAHANGİR
02/06/14 Çap et