Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ən məşhur saytların 14,7%-i “WordPress” əsasında işləyir


“WordPress” şirkəti bloqlar üçün öz eyniadlı mühərrikinin məşhurluğu statistikası ilə bağlı yeni hesabat dərc edib.

Hesabat məlumatlarına əsasən, bugünkü gündə dünyadakı ən məşhur veb-saytların 14,7%-i “WordPress” əsasında işləyir. Bir il əvvəl bu göstərici 8,5% təşkil edib. Bundan başqa, ABŞ-da hər 100 yeni saytdan 22-si “WordPress”-dən istifadə edir .

Bu statistika yalnız “CMS WordPress” əsasında olan saytlara deyil, həmçinin “WordPress.com” bloq platformasındakı resurslara aiddir. Məlumat üçün qeyd edək ki, iyul ayında “WordPress” platformasında olan bloqların sayı 50 milyonu ötüb.




22/08/11    Çap et