ABŞ KİV və kino sənayesinin pilotsuz uçan aparatlardan istifadəsini müzakirə edir
ABŞ hakimiyyəti kütləvi informasiya vasitələrinin, eləcə də kinofilmlərin çəkilişi üçün pilotsuz uçan aparatlardan istifadəni müzakirə etmək niyyətindədir. Bu barədə ABŞ Federal Aviasiya İdarəsi açıqlama verib.
“İdarə havadan foto və videoçəkilişlə məşğul olan yeddi şirkətdən sorğu alıb. Onlar ilk dəfə olaraq televiziya və kinematoqrafiya sahəsində pilotsuz uçan aparatlardan istifadəyə icazə istəyirlər. Sorğulara müsbət cavab verilsə, şirkətlər real iqtisadi mənfəət əldə edə bilərlər, çünki Federal Aviasiya İdarəsi pilotsuz uçan aparatlardan kommersiya məqsədləri üçün istifadəyə tələbatın artmasını nəzərdən keçirməyə başlayır”, - məlumatda qeyd olunur.
İdarəyə müvafiq sorğu ilə ABŞ Kino Şirkətləri Assosiasiyası müraciət edib, - “İTAR-TASS
www.itar-tass.com” yazır.