Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Qlobal brauzer bazarında “Safari”nin bazar payı 10%-i ötüb
"StatCounter" statistika xidmətinin məlumatına görə, qlobal brauzer bazarında "Safari"nin payı 10%-i ötüb və 2014-cü ilin mayında 10.2% təşkil edib. "Apple"ın məhsulu liderlər qrupundan hələ çox uzaqdır.
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Chrome" brauzeri ötən ay 45,6% bazar payı ilə liderliyini qoruyub saxlayıb. "Internet Explorer" (IE) brauzerinin payı 0.65% azalaraq 20,78% təşkil edib. "Firefox" brauzeri ötən ayı 18,72% bazar payı ilə başa vurub.
"Opera" brauzeri əvvəlki kimi autsayderdir. Bundan başqa, mayda bu brauzerin payı azalıb.
"Net Applications" şirkətinin versiyasına görə, "IE" brauzeri liderdir, sonuncunun mayda bazar payı 58,17% təşkil edib.
Emil Hüseynov
03/06/14 Çap et