Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Dell” şirkəti 20 düymlük ekranla təchiz edilmiş planşet nümayiş etdirəcək


“Dell” şirkəti “Computex” sərgisi çərçivəsində bir sıra qurğular təqdim edib. Ən qəribə qurğulardan biri 19,5 düymlük HD ekranla təchiz edilmiş “Inspiron 20” planşetidir. Modelin qiyməti 450 dollar təşkil edəcək.
 
“ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Dell Inspiron 20” planşeti təhsil və ya ev planşeti qismində istifadə üçün nəzərdə tutulub. Şirkətdən buraxılış tarixi, qiymət, texniki xüsusiyyətlər haqda məlumat verilməyib. Planşetin avtonom iş vaxtı 6 saat təşkil edəcək.
 
“Computex” sərgisi çərçivəsində, həmçinin dönən klaviatura ilə təchiz edilmiş “Inspiron 11 3000” və “Inspiron 13 7000” hibrid qurğuları nümayiş etdirilib. 3000 seriyası “Intel Celeron Dual Core N2830” və ya “Pentium Quad Core N3530” çipinə əsaslanır, 11,6 düymlük ekranın təsvir ölçüsü 1366×768 nöqtə təşkil edir. İyunun 19-da qurğunun satışlarına başlanılır.
 
“Inspiron 13 7000” modeli 13 düymlük 1366×768 təsvir ölçülü ekran və “Core i3” və ya “i5” prosessoru ilə təchiz edilib.
 
Emil Hüseynov
 
 




03/06/14    Çap et