Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Tayvanda “Computex 2014” sərgisi start götürür
Bu gün Tayvanda “Computex 2014” beynəlxalq kompüter sərgisinin açılış mərasimi baş tutacaq.
İlk dəfə 1981-ci ildə keçirilən sərgi lokal tədbir kimi təşəkkül tapsa da, hazırda “Computex” Almaniyada keçirilən “CeBIT” sərgisindən sonra dünyanın ikinci ən iri informasiya texnologiyaları nailiyyətləri sərgisi, Asiyanın isə ən iri oxşar tədbiri hesab edilir.
Kompüter sənayesi sahəsində əlamətdar hadisə olan tədbir uzun illərdir əksər şirkətlərin istehsal etdikləri qabaqcıl məhsullarının və uğurlarının ilk dəfə nümayişinə imkan yaradır.
Bu dəfə sərgidə ümumilikdə 5400 pavilyonda təmsil olunan 1800-ə yaxın şirkət iştirak edəcək ki, bu da ötənilkindən bir qədər çoxdur.
Təşkilatçılar dörd gün ərzində sərgiyə azı 130 min nəfərin tamaşa edəcəyini, sahə peşəkarlarının isə milyardlarla dollar məbləğində sazişlər imzalayacağını düşünürlər.
Builki sərgidə istehsalçılar çoxlu sayda yeniliklər təqdim etməyi planlaşdırır.
Sərgi işini iyunun 7-dək davam etdirəcək.
03/06/14 Çap et