Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Elektron ticarət sahəsində karyera qurmaq istəyənlərə birgünlük təlim keçiləcək
Qafqaz Universitetində təşkil olunacaq tədbirdə iştirakçılar “E-ticarətdə iş modelləri”, “E-ticarətdə brend mövqeləndirilməsi”, “E-ticarətə Ümumi Baxış”, “E-ticarətdə logistika və əməliyyat idarəetməsi”, “E-ticarətdə iş planının qurulması”, “E-ticarətdə müştəri təcrübəsi yaratmaq” kimi istiqamətlər üzrə məlumatlandırılacaqlar.
Bu haqda məlumat verən “Shopera.az” internet layihəsinin əsas tərəfdaşı Rəşad Camal qeyd edib ki, 7 iyun tarixində Türkiyənin məşhur elektron ticarət platformaları nümayəndələrinin iştirakı ilə keçiriləcək “eTicarət Master Class”-da natiqlər sözügedən mövzular üzrə çıxış edəcəklər.
Natiqlər sırasında “Google Turkey”-dən Sedat Kılıç, “Sahibinden.com”-dan Ebru Kundakçı, “Markafoni.com”-dan Hakkı Arıkan, “Doğan Online”-dan Emre Ekmekçi, “Garanti Payment Systems”-dən Arda Çağaptay, “Akakce.com”-dan Koray Karataş, “Evmanya.com”-dan Aslı Kökdere, “KobiMaster”-dən Murat Özler və “Retargeting by spot.az”-dan Elşad Yusiflinin adları var.
R.Camalın sözlərinə görə, tədbir elektron ticarət sahəsində çalışan mütəxəssislər və ya bu sahədə karyera qurmaq istəyənlərin düzgün istiqamətləndirilməsinə yardım məqsədi daşıyır: “Cəmi bir gün davam edəcək “master class”-da iştirakçılar bilik səviyyəsini artıracaq, real təcrübələri birinci şəxslərdən dinləmək imkanı qazanacaqlar. Həmçinin tədbir onlara geniş “networking” qazandıracaq.
Sonda hər bir iştirakçıya sertifikat təqdim ediləcək. İştirak haqqı 100 manatdır. Biletləri “www.shopera.az” saytından sifariş edə və ya (+99450) 282 00 14 (+99412) 511 26 95 nömrələri ilə əlaqə saxlayaraq əldə etmək olar”.
Həqiqət İSABALAYEVA
03/06/14 Çap et