Tibbi arayışları “Elektron hökumət” portalından əldə etmək mümkün olacaq
“Elektron hökumət” portalına (
www.e-gov.az) yeni xidmət inteqrasiya olunub.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, Səhiyyə Nazirliyinin “Tibbi arayışların elektron registrindən məlumatların verilməsi” xidməti portal vasitəsilə istifadəçilərin ixtiyarına verilib.
Qeyd edək ki, sözügedən elektron registr tibbi arayışların verilməsi işinin təkmilləşdirilməsi məqsədilə yaradılıb.
CAHANGİR