Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanın internet ödəmə portalı istifadəçiləri üçün daha bir yenilik edib
“Hesab.az” internet ödəmə portalına “Rabitəbank”dan kredit sifarişi xidməti əlavə olunub.
“ICTnews” elektron xəbər xidmətinin portala istinadən verdiyi məlumata görə, artıq istifadəçilər “Hesab.az”da olan şəxsi kabinetə daxil olaraq “Bank və Lizinq” bölməsində “Rabitəbank”dan kredit sifariş edə bilərlər.
Xatırladaq ki, “GoldenPay” ödəmə texnologiyaları əsasında çalışan portal vasitəsilə istifadəçilər kommunal ödənişləri, internet provayderlərinin əksəriyyətinin, mobil operatorların, kabel televiziyalarının, həmçinin bir sıra bank kredit ödənişlərini həyata keçirə bilərlər. Bütün tranzaksiyalar real vaxt rejimində aparılır, təhlükəsizliyi tam təmin olunur və heç bir komissiya tutulmur.
CAHANGİR
03/06/14 Çap et