Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Tizen” sistemli ilk televizor nümayiş edilib


Cənubi Koreyanın “Samsung” sirkəti “Tizen” əməliyyat sisteminin idarəetməsi ilə işləyən dünyanın ilk genişformatlı televizorunu təqdim edib. Nümayiş olunan model prototipdir və hələlik satışa çıxarılmayıb. “Samsung” nümayəndələri “Tizen”dən maksimum geniş istifadə edəcəklərini bildiriblər. Belə ki, şirkət sistemin smartfon, televizor, “smart” saat və məişət texnikasında tətbiqini planlaşdırır.  

Qeyri-rəsmi məlumatlara görə, televizor “Samsung” və “Intel” şirkətlərinin birgə səyi nəticəsində ərsəyə gəlib.

Təqdim edilən “Samsung Tizen TV” istifadəçinin əl hərəkətləri əsasında komandalar ala bilən uzaqdan idarəetmə sisteminə də malikdir. Qurğuda həmçinin tiplər - əlavə, musiqi, TV, foto, video və s. üzrə kontenti təşkil edən intellektual menyu yer alıb. Bundan başqa, “Tizen TV”-nin pultundan oyunların böyük ekranda nümayişi üçün istifadə etmək olar.   

Həmçinin bildirilir ki, yeni televizor “Samsung”un digər qurğuları, o cümlədən smartfon və planşet kompüterlərlə əlaqəli işləyir, - “Cybersecurity www.cybersecurity.ru” yazır.






04/06/14    Çap et