Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Fırıldaqçılar “Cryptolocker” virusunun köməyi ilə 100 milyon dollar qazanıblar


Böyük Britaniya Milli Cinayətkarlıqla Mübarizə İdarəsi Federal Təhlükəsizlik Bürosu (FTB) və “Avropol”un birgə səyi ilə aşkar edilmiş yeni “Cryptolocker” virusu haqda xəbərdarlıq edib.
 
BBC radiostansiyası xəbər verir ki, zərərli proqram yoluxmuş kompüterdəki bütün faylları kodlaşdırır. Bundan sonra istifadəçi kompüterin bərpası və faylların koddan çıxarılması üçün 1 bitkoin ödəmək tələbli ilə qarşılaşır.
 
“ICTnews" elektron xəbər xidməti “osp.ru” saytına istinadən bildirir ki, FTB-nin məlumatına əsasən, “Cryptolocker” virusunu hazırlamış cinayətkar qruplaşma, çox güman ki, Şərqi Avropa ölkələrindən birinə məxsusdur və artıq 100 milyon dollardan çox qazanıb. Bu halda son iki ayda 234 min kompüter bu virusa yoluxub.
 
Emil Hüseynov
 




04/06/14    Çap et