Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“PCT sistemi və əlaqəli məlumat, texnologiya və avadanlıqlar” mövzusunda seminar keçirilir


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə təşkilatçılığı ilə “PCT sistemi və əlaqəli məlumat, texnologiya və avadanlıqlar” mövzusunda 2 günlük seminar öz işinə başlayıb.
 
Seminarda komitənin Aparat rəhbərinin müavini Elçin Quliyev dünya ölkələrinin iqtisadi, elmi-texniki, ekoloji, ticarət əlaqələrinin yaradılmasında və inkişafında patent sistemlərinin özünəməxsus rol oynadığını vurğulayaraq seminarın hazırkı dövr üçün aktuallığını iştirakçıların diqqətinə çatdırıb.
 
Daha sonra ÜƏMT-nin nümayəndələri Silviya Trpkovska və Tomas Likarevskinin beynəlxalq proqramların qeydə alındığı Patent Kooperasiyası Sazişi (PCT) Sistemi, patent informasiyasının əhəmiyyəti, beynəlxalq araşdırma və beynəlxalq ilkin ekspertiza və digər mövzularda məruzələri dinlənilib.
 
Seminar çərçivəsində iyun ayının 5-də isə Tomas Likarevskinin Azərbaycan Dövlət İqtisad Universitetində “ÜƏMT-nin Texnologiya və İnnovasiyaya Dəstək Mərkəzləri (TİDM)”, “Axtarış vasitələri və strategiyaları” və “Beynəlxalq Patent Təsnifatı (BPT)” haqqında məruzələri planlaşdırılıb.
 
 
Həqiqət İSABALAYEVA




04/06/14    Çap et