Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanın Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatına üzvlüyü müzakirə edilib
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatının (APSCO) baş katibi Celal Ünver və APSCO-nun baş direktoru Murat Yaşar Bayrakla görüşüb.
Nazir görüşdə Azərbaycan peyk sənayesinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən kosmik sənayenin yaradılması və inkişafına dair Dövlət Proqramının icrası, telekommunikasiya peyklərinin orbitə çıxarılması sahəsində aparılan cari işlər və bu sahədə perspektiv planlardan söz açıb.
Daha sonra "Dünya peyk klubu"na üzv olduqdan sonra Azərbaycanın fəallığını yüksək dəyərləndirən APSCO rəsmiləri ilə ölkəmizin sözügedən təşkilata üzvlüyü müzakirə edilib. Qeyd edilib ki, üzvlük prosedurunu əks etdirən müvafiq sənədlər ölkəmizə təqdim edildikdən və yerli mütəxəssislər tərəfindən araşdırıldıqdan sonra üzvlük məsələsinə baxılacaq.
05/06/14 Çap et