Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nazir Böyük Britaniya parlamentinin üzvü, Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistan ilə ticarət məsələləri üzrə elçisi ilə görüşüb


Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Böyük Britaniya parlamentinin üzvü, Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistan ilə ticarət məsələləri üzrə elçisi Çarlz Hendri ilə görüşüb.
 
 
Görüşdə Azərbaycanla Böyük Britaniya arasında uğurla davam edən tərəfdaşlığın növbəti mərhələyə qədəm qoyduğu vurğulanıb, iqtisadi istiqamətlər üzrə, o cümlədən rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb.
 
 
Qeyd edək ki, 23-24 iyun tarixlərində Londonda İnternet İdarəçiliyi Problemləri üzrə Nazirlər Toplantısı, 25 iyunda isə I Britaniya-Azərbaycan Yüksək Texnologiyalar Forumu keçiriləcək. Sözügedən tədbirlərdə nazir Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyətinin təmsil olunması nəzərdə tutulur.




05/06/14    Çap et