Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Elastik batareyalı qayış daşınan elektronikanın avtonom iş vaxtını artıracaq
Saatlar, qolbaqlar və başqa daşınan elektronika "ağıllanır": artıq bu tip cihazlara kamera və ürək döyüntüsü ötürücüləri quraşdırılır, nəticədə enerji daha çox sərf olunur. Amma akkumulyatorun tutumu barədə eyni sözləri demək olmaz. "ProLogium" şirkəti enerjinin çatışmazlığı problemini aradan qaldırmağa qərar verib və "Computex 2014" sərgisində elastik batareyalı qayış göstərib ki, nəticədə cihazın avtonom iş vaxtı 2 dəfə artacaq.
"ICTnews" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, bu cür akkumulyator təhlükəsizdir: partlamayacaq, həmçinin yanmayacaq.
Qayışın qalınlığı təxminən 1,5 mm təşkil edir və onu müxtəlif cihazlarda ("ağıllı" geyimdən qızdırıcı elementlərədək) tətbiq etmək olar.
Emil Hüseynov
05/06/14 Çap et