Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda ilk dəfə “Bakı Start-up Sərgisi” keçiriləcək


Bakıda bu ay ilk dəfə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Bakı Start-up Sərgisi” keçiriləcək.
 
 “Bakı Start-up Sərgisi” layihəsinin hazırlıq mərhələsi aprel ayından etibarən start götürüb. 
 
Azərbaycanda ilk dəfə keçirilən sərginin əsas məqsədi son illərdə yaradılmış gənc “start-up”ların hərtərəfli təbliğatının aparılmasıdır. Sərgidə iştirak edəcək gənc “start-up”lara həm kooperativ əlaqələr yaratması, həm yeni müştərilər cəlb etməsi, həm də digər “start-up”larla təcrübə mübadiləsi aparmaq imkanı yaradılacaq.
 
Yaxın günlərdə keçirilməsi nəzərdə tutulan sərgidə yerli “start-up”larla yanaşı, xarici “start-up”ların da iştirakı üçün çalışmalar davam etməkdədir.
 
Aynur Vəliyeva
 




05/06/14    Çap et