Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şaxtaxtinski: “Yüksək texnologiyalar üzrə əməkdaşlıq qurmaqda maraqlıyıq”
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov ATƏT-in (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) yeni təyin edilən Bakı layihə əlaqələndiricisi Aleksis Şaxtaxtinski və Baş layihə rəhbəri Andraş Hüdiklə görüşüb.
Görüşdə nazir Əli Abbasov Azərbaycanda İKT sektorunun inkişafı ilə əlaqədar həyata keçirilən dövlət proqramları, həmçinin yüksək texnologiyalar, kosmik sənaye, telekommunikasiya, poçt, tezliklərin idarəedilməsi, kibertəhlükəsizliyin təmin olunması və digər istiqamətlər üzrə həyata keçirilən islahatlar, eyni zamanda perspektiv planlardan söz açıb.
Daha sonra Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının rəsmiləri ilə RYTN və ATƏT arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.
Kibertəhlükəsizlik istiqaməti üzrə ATƏT-in yetərli və zəngin təcrübəyə malik olduğunu vurğulayan Aleksis Şaxtaxtinski Azərbaycanla bu sahədə əməkdaşlığın qurulmasında maraqlı olduqlarını ifadə edib.
Görüşdə sözügedən istiqamət üzrə birgə İşçi Qrupunun yaradılması və təcrübə mübadiləsi imkanları müzakirə olunub.
05/06/14 Çap et